Kürdəmir rayonunda daha bir nəfəri ildırım vuraraq öldürüb

Kürdəmir rayonunda daha bir nəfəri ildırım vuraraq öldürüb

Kürdəmir rayonunda ildırım daha bir nəfərin həyatına son qoyub.

Xəbəraxını “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə sentyabrın 29-da saat 17 radələrində rayonun Şıxımlı kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Baba Habil oğlu Calalovu ildırım vurub. O, hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, bundan bir gün əvvəl də Şıxımlı kəndində ildırım vurması nəticəsində ölüm hadisəsi baş verib. Belə ki, Ağsu rayonunun Qasımbəyli kənd sakini, 1975-ci il təvəllüdlü Zahir Vahid oğlu Hacıalıyev qoyun otararkən ildırım vurması nəticəsində hadisə yerində ölüb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir