Bakı Humanitar Kollecində iki tələbə arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.
Xəbəraxını xəbər verir ki, hadisə kollecin “Gənclik korpusu”nun həyətində qeydə alınıb.
Məlumata görə, mübahisə zamanı tələbələrdən biri digərinə 6 bıçaq zərbəsi endirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəxs müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
