Azərbaycan-İran dövlət sərhədində qanunsuz keçid cəhdinin qarşısı alınıb.
Xəbəraxını xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində 4 Əfqanıstan vətəndaşı saxlanılıb.
Onlar İrandan Azərbaycan istiqamətində dövlət sərhədini qanunsuz keçməyə cəhd edərkən ələ keçiriliblər.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
