İsveçdə Halloween gecəsi qarışıqlıq: Avtomobillər yandırıldı, polisə daş atıldı

İsveçdə Halloween gecəsi qarışıqlıq: Avtomobillər yandırıldı, polisə daş atıldı

İsveçrənin Sürix şəhərində “Halloween” gecəsi solçu radikal qrupların çağırışı ilə keçirilən icazəsiz yürüş kütləvi iğtişaşlarla nəticələnib. Hadisələr zamanı avtomobillər yandırılıb, mağazaların şüşələri sındırılıb, polis əməkdaşları hücuma məruz qalıb.

Xəbəraxını xəbər verir ki, Sürix Şəhər Polisinin məlumatına görə, noyabrın 1-nə keçən gecə Langştrasse küçəsi və ətrafında yüzlərlə insan toplaşıb.

Saat 23:00 radələrində nümayişçilər küçələrdə yürüşə başlayıblar. Daha sonra zibil konteynerlərinə, elektrik velosipedlərinə və skuterlərə od vurulub.

Zvingli küçəsində isə avtomobil yandırılıb. Bundan başqa, avtobus dayanacağının və yaxınlıqdakı mağazaların şüşələri sındırılıb.

Polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib

İğtişaş iştirakçıları polis əməkdaşlarına fişənglər, daşlar və butulkalar atıblar. Asayiş keşikçiləri vəziyyəti nəzarətə götürmək üçün su şırnaqlarından, gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə ediblər.

Yanğınların söndürülməsi məqsədilə şəhərin peşəkar yanğınsöndürmə briqadası da əraziyə cəlb olunub.

Hadisələr nəticəsində dəymiş maddi ziyanın məbləği hələlik açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir