İran Hörmüz boğazını açmaq üçün ABŞ-dən bu şərtləri yerinə yetirilməsini tələb edir

İran Hörmüz boğazını açmaq üçün ABŞ-dən bu şərtləri yerinə yetirilməsini tələb edir

İran ABŞ Tehranın irəli sürdüyü şərtləri qəbul etməyənədək Hörmüz boğazının gəmiçilik üçün açılmayacağını açıqlayıb.

Bu barədə İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf bildirib.

Qalibaf qeyd edib ki, İran xalqının qanuni hüquqları tanınmayana və ABŞ tərəfindən götürülən öhdəliklər yerinə yetirilməyənədək danışıqların əvvəlki şərtlərinə qayıtmaq və Hörmüz boğazını açmaq mümkün olmayacaq.

“Bu şərtlər yerinə yetirilməyənədək və amerikalıların öhdəlikləri icra olunmayanadək danışıqların əvvəlki şərtlərinə qayıtmaq və Hörmüz boğazını açmaq üçün zərrə qədər də imkan qalmayacaq”, – deyə o vurğulayıb.

Bundan əvvəl İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi İran hakimiyyətinin Qətər vasitəçiləri vasitəsilə ABŞ-yə müharibənin dayandırılması ilə bağlı şərtlərini təqdim etdiyini bildirmişdi. O, ABŞ Prezidenti Donald Trampın cavabının gözlənildiyini qeyd edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir