Ağdam rayonunun Şelli kəndi ərazisində yerləşən kəhriz quyularından birində kişi meyiti tapılıb.
Araşdırmalar nəticəsində meyitin Bərdə rayon sakini Hacıyev Müşfiq Aqil oğluna məxsus olduğu müəyyən edilib.
Məlumata görə, Müşfiq Hacıyev Ağdam rayonunda fəaliyyət göstərən şirkətlərdən birində mühafizəçi kimi çalışıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
