Sentyabrın 21-də saat 09:00-dan etibarən Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində Baloğlan Bağırov küçəsinin təmirinə başlanılacaq.
Təmir işləri küçənin Məhəmmədəli Şəfai küçəsi ilə kəsişməsindən Səyyarə Zeynalova küçəsinə qədər olan hissəsini əhatə edəcək.
İşlərin gedişindən asılı olaraq sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.
Sürücülərdən aparılan təmir işlərinə anlayışla yanaşmaları və ərazidə yarana biləcək sıxlığın qarşısını almaq üçün əvvəlcədən alternativ yollardan istifadə etmələri xahiş olunur.
