“İmişli” futbol klubunda məşqçi heyətində dəyişiklik baş verib. Komanda köməkçi məşqçisi Zamir Həsənov və şef-skaut Rəsul Allahverdiyevlə əməkdaşlığı dayandırıb.
Xəbəraxını xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hər iki mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ayrılığın səbəbi kimi Zamir Həsənovun milli komandadakı işlərinin çoxluğu, Rəsul Allahverdiyevin isə şəxsi işlərinin sıxlığı göstərilib.
Klub hər iki mütəxəssisə göstərdikləri xidmətə görə təşəkkür edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, “İmişli” Misli Premyer Liqasının turnir cədvəlində 4 xalla səkkizinci pillədə qərarlaşıb.
