Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının liqa mərhələsində keçiriləcək “Roma” – “Real Madrid” qarşılaşmasına baş hakim təyin olunub.
Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.
Kamal Umudluya həmyerliləri Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə italiyalı Davide Di Marko yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma oktyabrın 14-də İtaliyanın paytaxtı Romada yerləşən “Stadio Tre Fontane” stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 16:00-da başlayacaq oyun UEFA Gənclər Liqasının liqa mərhələsi çərçivəsində baş tutacaq.
