“TikTok” platformasında “Roşka” ləqəbi ilə tanınan Rövşən Süleymanovun məhkəmə prosesi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda onun barəsində hökm elan edilib.
Xəbəraxını xəbər verir ki, məhkəmə Rövşən Süleymanovu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməldə təqsirli bilib. Həmin maddə satış məqsədi olmadan qanunsuz şəkildə narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli miqdarda əldə edilməsi, saxlanılması, hazırlanması, emalı və ya daşınması ilə bağlıdır.
Hökmə əsasən, Rövşən Süleymanov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, o, 2025-ci il yanvarın 31-dən həbsdədir. Əvvəldən həbsdə saxlanıldığı müddət nəzərə alındıqda, yeni hökmlə onun cəzasının çəkilməmiş 16 ayı qalır.
