İmişli Ağsaqqallar Şurasının sabiq sədri 8 il müddətinə azadlıqdan məhrum edildi

İmişli Ağsaqqallar Şurasının sabiq sədri 8 il müddətinə azadlıqdan məhrum edildi

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov barəsində aparılan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xəbəraxını xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən şəxsə hökm elan olunub. Məhkəmənin qərarına əsasən, Saleh Səmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əvvəl keçirilən məhkəmə iclasında dövlət ittihamçısı onun 3 il dövlət vəzifəsi tutmaq hüququndan məhrum olunmasını və 9 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Xatırladaq ki, Saleh Səmədov ötən il 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə təşkil edilən tədbirdə SSRİ bayrağı altında və sinəsində “Georgi lenti” ilə görünməsi səbəbindən ictimai müzakirələrə səbəb olmuşdu.

Hadisədən sonra o, Ağsaqqallar Şurasının rayon təşkilatının sədri vəzifəsindən uzaqlaşdırılmış və barəsində araşdırmalara başlanılmışdı.

Daha sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan istintaq çərçivəsində Saleh Səmədova korrupsiya xarakterli cinayət əməlləri ilə bağlı ittiham irəli sürülmüşdü.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilirdi.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir