İlon Mask uçan maşın “Tesla Roadster”i təqdim etdi

İlon Mask uçan maşın “Tesla Roadster”i təqdim etdi

Amerikalı iş adamı İlon Maskın rəhbərlik etdiyi “Tesla” şirkəti yeni nəsil “Roadster” elektrikli idman avtomobilini nümayiş etdirib. Təqdimat zamanı avtomobil xüsusi hərəkətverici sistemin köməyi ilə havaya qalxıb, maneələrin üzərindən keçib və havada fırlanaraq yenidən yerə enib.

Xəbəraxını xəbər verir ki, təqdimat oktyabrın 15-də ABŞ-nin Texas ştatında, “SpaceX” şirkətinin sınaq ərazisində keçirilib. “Tesla” və “SpaceX” mühəndislərinin birgə hazırladığı avtomobil sıxılmış qaz püskürən raket tipli mühərriklərlə təchiz olunub. Bu sistem avtomobilin havada hərəkətinə və istiqamətini dəyişməsinə imkan verir.

Nümayiş zamanı “Roadster” əvvəlcə xüsusi platformada hərəkət edib, daha sonra havaya qalxaraq öz oxu ətrafında fırlanıb. Avtomobilin digər nəqliyyat vasitələrinin üzərindən keçdiyi görüntülər də təqdim olunub.

Şirkətin açıqlamasına əsasən, avtomobilin saatda təxminən 97 kilometr sürətə bir saniyədən az müddətdə çatması nəzərdə tutulur. Maksimal sürətinin saatda 370 kilometrdən çox, bir enerji doldurulması ilə qət edəcəyi məsafənin isə 480 kilometrdən artıq olacağı bildirilir.

“Tesla” yeni “Roadster”in kütləvi istehsalına 2028-ci ildə başlamağı planlaşdırır. Bununla belə, avtomobilin satış qiyməti hələ açıqlanmayıb.

Qeyd edək ki, “Roadster” layihəsi uzun müddətdir gündəmdədir. Avtomobilin yeni nəslinin təqdimatı illər ərzində bir neçə dəfə təxirə salınıb. Son nümayiş isə layihənin yenidən diqqət mərkəzinə qayıtmasına səbəb olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir