İlham Əliyev Hakan Fidanı qəbul edib

İlham Əliyev Hakan Fidanı qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Hakan Fidan görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan dövlət başçısına çatdırıb. İlham Əliyev salamlarına görə təşəkkürünü bildirib və öz salamlarını da Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan-Türkiyə münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. İki ölkə arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin “bir millət, iki dövlət” prinsipi əsasında daha da möhkəmləndiyi vurğulanıb.

Görüşdə enerji sahəsində əməkdaşlığın əhəmiyyətindən də danışılıb. Alternativ enerji sahəsində beynəlxalq bazarlara yeni çıxış imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan və Türkiyənin logistika baxımından mühüm əhəmiyyət daşıdığı, həmçinin Avropa ilə Asiya arasında əhəmiyyətli körpü rolunu oynadığı qeyd edilib. Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin fəaliyyətinin əlaqələndirilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin ikitərəfli münasibətlərin gələcək perspektivləri, regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir