Zelenski korrupsiyada ittiham olunur

Zelenski korrupsiyada ittiham olunur

Ukraynanın keçmiş Baş naziri Nikolay Azarov Prezident Volodimir Zelenski və onun yaxın çevrəsinin ölkədə sistemli xarakter alan korrupsiyada ittiham edildiyini bildirib.

Azarovun sözlərini TASS yayıb.

Onun sözlərinə görə, 2014-cü il çevrilişindən sonra Ukraynada korrupsiya sistemli hala gəlib.

“Zelenski birbaşa korrupsiyada ittiham olunur, onun yaxın çevrəsində cinayət işləri var. Bəziləri həbsdədir, bəzilərinə ölkədən çıxış məhdudiyyəti qoyulub, bəziləri isə elektron qolbaq taxır. Baş nazir müavinləri, nazirlər və parlamentin 45 üzvü korrupsiyada ittiham olunub. Düşünürəm ki, bu, bütün parlamentin 15 faizini təşkil edir”, – deyə Azarov qeyd edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir