Ararat Mirzoyan və Ceyhun Bayramov bu tarixdə görüşəcəklər

Ararat Mirzoyan və Ceyhun Bayramov bu tarixdə görüşəcəklər

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan arasında bu ay Nyu-York şəhərində görüş baş tutacaq. Bu barədə Ermənistanın XİN rəhbəri “Azadlıq” radiosunun sualını cavablandırarkən məlumat verib.

“Görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçiriləcək”, – deyə görüşün gündəliyi barədə təfərrüatı açıqlamayan Mirzoyan qeyd edib.

Qeyd edək ki, sentyabrın 8-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayıb.

İki ölkənin xarici siyasət idarələrinin rəhbərləri arasında sonuncu görüş sentyabrın əvvəlində Bişkekdə – Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirilmişdi. Həmin görüşdən sonra Bayramov Mirzoyanla bir sıra məsələlər ətrafında fikir mübadiləsi apardıqlarını və yaxın müddətdə yenidən bir araya gələcəklərini bəyan etmişdi.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir