İlham Əliyev beynəlxalq forumda mühüm mesajlar verdi: 100-dən çox ölkədən nümayəndələr Bakıda

İlham Əliyev beynəlxalq forumda mühüm mesajlar verdi: 100-dən çox ölkədən nümayəndələr Bakıda

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edərək çıxış edib.

Xəbəraxını Azərtaca-a istinadən xəbər verir ki,  “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunan forumda 100-dən çox ölkəni təmsil edən 500-dən artıq qonaq iştirak edir. Tədbirə qeydiyyatdan keçən iştirakçıların ümumi sayı isə 2 mini ötüb.

Dövlət başçısı çıxışında forumun ötən 15 il ərzində mədəniyyətlərarası münasibətlərin müzakirəsi üçün mühüm beynəlxalq platformaya çevrildiyini vurğulayıb.

İlham Əliyev Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olduğunu, ölkədə multikulturalizm, dini və etnik dözümlülük ənənələrinin qorunub saxlanıldığını bildirib. O, cəmiyyətdəki birliyin və qarşılıqlı hörmətin ölkənin sabit inkişafında mühüm rol oynadığını qeyd edib.

Prezident, həmçinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından, Ermənistanla sülh prosesindən və beynəlxalq münasibətlərdə ikili standartların aradan qaldırılmasının vacibliyindən danışıb.

Çıxışında beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icra mexanizmlərinə də toxunan dövlət başçısı beynəlxalq hüququn bütün ölkələrə eyni prinsiplərlə tətbiq edilməsinin əhəmiyyətini vurğulayıb.

İlham Əliyev Azərbaycanın xarici siyasətinə, iqtisadi potensialına və beynəlxalq əlaqələrinə də diqqət çəkib. O, ölkənin müxtəlif dövlətlərlə strateji tərəfdaşlığını və beynəlxalq tədbirlərə ev sahibliyi etməsini Azərbaycanın artan rolunun göstəricisi kimi dəyərləndirib.

Forumun açılış mərasimi digər çıxışlarla davam edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir