Salyanda dəhşətli ailə faciəsi: Anasını öldürdü, atası və həyat yoldaşı yaralandı

Salyanda dəhşətli ailə faciəsi: Anasını öldürdü, atası və həyat yoldaşı yaralandı

Salyan rayonunda baş verən bıçaqlanma hadisəsi ölümlə nəticələnib. Hadisə zamanı bir qadın həyatını itirib, iki nəfər isə yaralanıb.

Xəbəraxını xəbər verir ki,  hadisə rayonun Sarvan kəndində qeydə alınıb. İlkin məlumata görə, kişi anasını, atasını və həyat yoldaşını bıçaqlayıb.

Nəticədə ana aldığı xəsarətlərdən dünyasını dəyişib. Yaralanan 1966-cı il təvəllüdlü Ağabala İsmayılov və onun gəlini, 1988-ci il təvəllüdlü Təranə İsmaylova xəstəxanaya çatdırılıblar.

Hadisəni törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir