I sinfə elektron qəbulun başa çatmasına 1 gün qalıb

I sinfə elektron qəbulun başa çatmasına 1 gün qalıb

2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbul prosesi sabah başa çatır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, mayın 6-dan başlayan qəbul prosesi sentyabrın 3-ü saat 18:00-da yekunlaşacaq.

İndiyədək 124 mindən çox uşağın I sinfə qəbulu elektron şəkildə tamamlanıb. Valideynlər və qanuni nümayəndələr qeydiyyat prosesini www.mektebeqebul.edu.az portalı vasitəsilə həyata keçirə bilərlər.

İnternetə çıxışı olmayan vətəndaşlar isə alternativ qeydiyyat mərkəzlərinə, Agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə, həmçinin “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Agentlikdən o da qeyd olunub ki, üzrlü səbəblərdən qəbul prosesində gecikən uşaqlar üçün I sinfə elektron qəbul sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir