Əməkdar həkim Yavər Şıxəliyev vəfat etdi

Əməkdar həkim Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev dünyasını dəyişib.

Xəbəraxını xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb.

Yavər Şıxəliyev uzun illər səhiyyə sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, 1973-cü ildə Naxçıvan Muxtar Respublikası Vərəm Əleyhinə Dispanserinin baş həkimi, 1986-cı ildə Naxçıvan şəhər Səhiyyə şöbəsinin müdiri, 1989-cu ildə isə Azərbaycan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi-təşkilat şöbəsinin müdiri vəzifələrini icra edib.

1993-cü ildə Bakı şəhər Mərkəzi Vərəm Dispanserinin baş həkimi vəzifəsinə təyin olunan Y.Şıxəliyev sonrakı illərdə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Vərəm Əleyhinə Dispanserə rəhbərlik edib.

Səhiyyə sahəsindəki xidmətlərinə görə 2015-ci ildə “Əməkdar həkim” fəxri adına layiq görülüb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir