Astara rayonunun üç kəndi və iki qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Xəbəraxını xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz sızmasının aradan qaldırılması məqsədilə oktyabrın 20-də saat 10:00-dan etibarən təmir işləri aparılacaq. İşlər yekunlaşanadək Ojakəran, Deqədi və Səlivə kəndlərinin, eləcə də Ərçivan və Kijəbə qəsəbələrinin qaz təchizatı dayandırılacaq.
Qazın verilməsi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.
