İsveçrənin “SWISS” aviaşirkətinə məxsus, Sürixdən Şanxaya uçan sərnişin təyyarəsi Bakıda məcburi eniş edib.
Xəbəraxını Oxu.Az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 19-da baş verib.
Məlumata görə, SWR-188 reysini həyata keçirən hava gəmisinin kapitanı sərnişinlərdən birinin səhhətində yaranan problem səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.
“Airbus A350-900” tipli təyyarə yerli vaxtla saat 19:21-də Bakı aeroportuna təhlükəsiz şəkildə enib.
Aeroportda sərnişinə ilkin tibbi yardım göstərilib. Reysin davam etdirilməsi ilə bağlı qərarın təyyarə kapitanı tərəfindən veriləcəyi bildirilib.
