Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) tibb elmləri namizədi Rəşid Mahmudova qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başa çatıb.
“Xəbəraxını” “Qafqazinfo”ya istinadən xəbər verir ki, işə Yasamal Rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb.
Məhkəmə iclasında Elza Seyidcahanın vəkili Elşən Behbudov mülki iddianın təmin olunmasını xahiş edib.
Məhkəmə iddianı qismən təmin edib. Qərara əsasən, Rəşid Mahmudov Elza Seyidcahana dəymiş mənəvi ziyana görə 500 manat ödəməlidir.
Qeyd edək ki, Elza Seyidcahan Rəşid Mahmudovun televiziya efirində onun ünvanına təhqiramiz ifadələr işlətdiyini iddia edərək məhkəməyə müraciət edib. O, mənəvi zərərə görə qarşı tərəfdən 10 min manat kompensasiya tələb edib.
