Mahnısına görə məhkəmə nəzarətinə götürüldü: Reperə qeyri-adi şərtlər qoyuldu

Mahnısına görə məhkəmə nəzarətinə götürüldü: Reperə qeyri-adi şərtlər qoyuldu

Türkiyəli reper Lvbel C5 azərbaycanlı ifaçı Asya Əlizadə ilə birlikdə səsləndirdiyi mahnıya görə hüquqi problemlə üzləşib. Sənətçi barəsində həbs qərarı verilməsə də, ona bir sıra məhdudiyyətlər tətbiq olunub.

Xəbəraxını xəbər verir ki, bu barədə “T24” nəşri məlumat yayıb.

Əsl adı Süleyman Burak Bodur olan reper “Kahpe” adlı mahnının sözlərinə görə “cinayət törətməyə açıq şəkildə təhrik” ittihamı ilə araşdırmaya cəlb edilib. İstanbul Anadolu Respublika Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan ifaçı ifadəsi alındıqdan sonra həbs tələbi ilə hakim qarşısına çıxarılıb.

Bodur ifadəsində mahnı ilə bağlı şikayətlərdən xəbər tutduqdan sonra əsəri bütün rəqəmsal platformalardan sildiyini bildirib. O, mahnının sözlərini xəyal gücünə əsasən yazdığını, zorakılığa təşviq etmək niyyətinin olmadığını deyərək ittihamları qəbul etməyib.

Məhkəmə reperin qaçmaq ehtimalının olmadığı qənaətinə gələrək onun həbs edilməsini məqsədəuyğun saymayıb. Bunun əvəzinə, sənətçiyə ölkədən çıxış qadağası qoyulub, həftənin bazar ertəsi və çərşənbə günləri polis bölməsində imza vermək, həmçinin türk ədəbiyyatı üzrə təlimlərdə iştirak etmək öhdəliyi müəyyənləşdirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir