Bakının Xəzər rayonunda qadın qətlə yetirilib.
“Xəbəraxını” “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsi Ə. İsazadə küçəsində yerləşən mənzillərdən birində baş verib.
Məlumata görə, 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ağır yaralanan qadın ötən gecə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən F. Rəhmanzadənin 1986-cı il təvəllüdlü həyat yoldaşı Museyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və hazırda araşdırma aparılır.
