Bu ölkədə vətəndaşlara kitab oxuduqları üçün pul veriləcək

Bu ölkədə vətəndaşlara kitab oxuduqları üçün pul veriləcək

Sinqapurda hökumət insanların kitab oxumağa marağını artırmaq və sosial şəbəkələrdə uzun müddət fasiləsiz məzmun izləmənin qarşısını almaq məqsədilə yeni proqram başladıb.

Milli Kitabxana Şurasının həyata keçirdiyi beşillik ReadSG kampaniyası çərçivəsində iştirakçılar hər gün ən azı 15 dəqiqə kitab oxumağa təşviq edilir.

Proqramın veb-saytı və mobil tətbiqi vasitəsilə oxu müddətini izləyən iştirakçılar mükafat qazana biləcəklər. Gündə ən azı 15 dəqiqə kitab oxuyan şəxsə 20 virtual sikkə veriləcək.

Toplanan hər 1000 virtual sikkə isə 1 ABŞ dollarına bərabər olacaq.

Layihənin məqsədi insanların gündəlik həyatında mütaliəyə daha çox vaxt ayırmasına şərait yaratmaq, diqqət və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməkdir.

Milli Kitabxana Şurasının rəhbərliyinin açıqlamasına görə, müntəzəm mütaliə diqqətin, tənqidi düşüncənin və təxəyyülün inkişafına müsbət təsir göstərə bilər.

Kampaniya çərçivəsində vətəndaşlara gün ərzində yaranan qısa fasilələrdən, məsələn, ictimai nəqliyyatda, avtobus gözləyərkən və ya səhər qəhvəsi içərkən kitab oxumaq üçün istifadə etmək tövsiyə olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir