Iranda sərnişin təyyarəsi havada ciddi nasazlıqla üzləşib. “Sepehran” aviaşirkətinə məxsus “Boeing 737” Məşhəddən Kirmanşaha uçarkən insident baş verib.
Təyyarə havaya qalxdıqdan az sonra təkərlərdən birinin örtüyü qopub. Bundan sonra kapitan mühərriklə bağlı fövqəladə vəziyyət elan edib. Hadisə zamanı təyyarədə güclü silkələnmə baş verib. Nəticədə baqaj rəfləri zədələnib, sərnişinlərin əşyaları isə salona tökülüb.
Pilot təyyarəni geri qaytarmaq qərarına gəlib. Təyyarə Məşhəd hava limanına qayıdaraq qəza enişi edib. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.
