Misli Premyer Liqasının IX turunda bu gün futbol azarkeşlərini iki maraqlı qarşılaşma gözləyir. Günün oyunlarında “Şəfa” və “Kəpəz”, eləcə də “Neftçi” və “Turan Tovuz” komandaları meydana çıxacaqlar.
Xəbəraxını xəbər verir ki, turun ikinci oyun gününün ilk matçı saat 16:30-da başlayacaq. “SOCAR Polymer Arena”da keçiriləcək görüşdə “Şəfa” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək.
Günün maraqla gözlənilən digər qarşılaşması isə saat 19:00-da start götürəcək. “Palms Sports Arena”da “Neftçi” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək.
Misli Premyer Liqası – IX tur
24 oktyabr
16:30 – “Şəfa” – “Kəpəz”
19:00 – “Neftçi” – “Turan Tovuz”
Qeyd edək ki, Misli Premyer Liqasının IX turuna oktyabrın 25-də keçiriləcək oyunlarla yekun vurulacaq.
