Bakıda inşa edilən “Royale Casino”nun açılış tarixi bəlli olub. Layihənin 2027-ci ilin mayında fəaliyyətə başlaması planlaşdırılır.
Xəbəraxını xəbər verir ki, bu barədə “Sea Breeze” layihəsinin sahibi və təsisçisi, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov məlumat verib.
Onun sözlərinə görə, hazırda kazinonun tikinti işləri sürətlə davam etdirilir və obyektin gələn ilin may ayında açılması nəzərdə tutulur.
Ümumi sahəsi 90 min kvadratmetr olacaq kompleks Xəzər dənizinin Azərbaycan sektorunda, “Sea Breeze” ərazisində yaradılan süni yarımadada inşa edilir. Binanın hündürlüyünün 35 metr olacağı bildirilir.
“Royale Casino”da 12 VIP zalın, həmçinin beynəlxalq poker turnirlərinin təşkili üçün nəzərdə tutulan əsas zalın fəaliyyət göstərməsi planlaşdırılır.
Məlumata görə, kazinoya yalnız 21 yaşına çatmış şəxslərin girişinə icazə veriləcək.
