Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki nəfər dənizdə nəzarətsiz ərazidə batıb.
Hadisə ilə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Hazırda batdıqları ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
