Bakıda 4 müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Paytaxtın Binəqədi rayonunun İbrahimpaşa Dadaşov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Məhdudiyyət səbəbindən 6, 88, 88A və 202 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Şövkət Məmmədova küçəsi ilə təşkil edilir.
