Biləsuvar rayonunda 26 yaşlı gəncin bıçaqlanaraq öldürülməsi ilə nəticələnən hadisə baş verib.
Xəbəraxını “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb. Kənd sakini, 2000-ci il təvəllüdlü Milan Loğman oğlu Soltanlı bıçaq xəsarətləri alıb.
Ağır xəsarətlər alan Milan Soltanlı xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Hadisəni törətməkdə onun xalası oğlu, 2004-cü il təvəllüdlü İlkin Anar oğlu Mehdiyev şübhəli bilinir. Polis əməkdaşları tərəfindən saxlanılan İlkin Mehdiyev istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
