Füzuli rayonunda doğma qızına qarşı uzun müddət zorakılıq və seksual xarakterli cinayətlər törətməkdə təqsirli bilinən şəxsə hökm oxunub.
Xəbəraxını “Qafqazinfo”ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1987-ci il təvəllüdlü Famil Ramilov (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib.
Məhkəmədə məlum olub ki, Famil Ramilov 2023-2025-ci illərdə 2009-cu il təvəllüdlü qızı Cəmiləyə (ad şərtidir) qarşı dəfələrlə zorakılıq əməlləri törədib. O, qızını döyərək müxtəlif xəsarətlər yetirib, həmçinin ona qarşı dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edib.
Məhkəmənin hökmü ilə F. Ramilov 15 il müddətinə azadlıqdan məhrum edilib.
