İspaniyanın “Barselona” klubu İngiltərənin “Arsenal” komandasının braziliyalı hücumçusu Qabriel Jezusun transferini rəsmən açıqlayıb.
Kataloniya təmsilçisi 29 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.
Transfer qarşılığında “Arsenal” 10 milyon avro əldə edəcək. London klubu, həmçinin futbolçunun “Barselona”dakı çıxışından asılı olaraq əlavə bonuslar qazana bilər.
Qeyd edək ki, Qabriel Jezus 2022-ci ilin yayından “Arsenal”ın formasını geyinirdi. O, London klubunun heyətində bütün turnirlərdə 123 matçda meydana çıxıb, 32 qol vurub və 22 məhsuldar ötürmə edib.
