Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində obyektdə yanğın baş verib.
FHN-in “112” qaynar xəttinə daxil olan məlumatdan sonra Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
