İqtisadiyyat naziri Mikayıl Cabbarov “Huawei Technology” şirkətinin baş vitse-prezidenti Fillip Gan ilə görüşüb.
Görüşdə Azərbaycanın rəqəmsal iqtisadiyyatın inkişafı, innovativ texnologiyaların tətbiqi və yaşıl transformasiya sahələrində həyata keçirdiyi tədbirlər müzakirə olunub.
Tərəflər rəqəmsal iqtisadiyyatın inkişafı, investisiya imkanlarının artırılması, texnologiya transferi, insan kapitalının gücləndirilməsi və yerli tədqiqat-inkişaf mərkəzlərinin yaradılması üzrə əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.
Həmçinin rəqəmsal və yaşıl həllərin hazırlanması, onların iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi və yeni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
