Bakının Xətai rayonunda yerləşən kafelərdən birində baş verən mübahisə faciə ilə nəticələnib. Hadisə zamanı bir nəfər həyatını itirib.
Xəbəraxını Oxu.az-a istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, tərəflər arasında başlayan mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib. Daha sonra iştirakçılar bir-birinə bıçaqla hücum ediblər.
Nəticədə bir nəfər aldığı xəsarətlərdən ölüb.
Hadisənin görüntülərini təqdim edirik:
