Metro xətlərinin ayrılması layihəsi çərçivəsində sərnişin tələbatının artması nəzərə alınaraq Bakının Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində avtobuslar üçün xüsusi hərəkət zolaqları təşkil edilib.
Məqsəd sərnişinlərin avtobuslarla rahat və maneəsiz daşınmasını təmin etməklə yanaşı, yolda vaxt itkisinin qarşısını almaqdır.
Yeni zolaqların tətbiqi nəticəsində müntəzəm və ekspres marşrutlar üzrə hərəkət edən avtobusların daha rahat və sürətli hərəkəti təmin olunur.
