Bakıda bəylə gəlin toya motosikletlə gəldi

Bakıda bəylə gəlin toya motosikletlə gəldi

Bakıda keçirilən toy mərasimlərindən biri fərqli görüntülərlə diqqət çəkib.

33 yaşlı Osman Məlikli və 28 yaşlı Fatma Məlikli toy mərasiminə avtomobillə deyil, motosikletlə gəlməyi seçiblər.

Cütlük Babək prospektindəki şadlıq saraylarından birində keçirilən məclisə dostlarının motosikletlərdən ibarət kortejinin müşayiəti ilə daxil olub. Gənclərin qeyri-adi seçimi toyda iştirak edən qonaqların marağına səbəb olub.

Mərasim zamanı çəkilən görüntülər sosial şəbəkələrdə də paylaşılıb. Cütlüyün bu fərqli addımı onların xüsusi gününü daha yaddaqalan edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir