Bakının Buzovna qəsəbəsində 2 yaşlı uşağın ölümü ilə nəticələnən faciə baş verib. Azyaşlı evinin qarşısındakı su kanalına düşərək boğulub.
Xəbəraxını xəbər verir ki, bu barədə Oxu.Az məlumat yayıb.
Hadisə paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2024-cü il təvəllüdlü F.C. evinin qarşısındakı su kanalına düşüb.
Uşağın meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
