Bakının mərkəzində 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. Hadisə şəhərin ən sıx ərazilərindən birində – “28 Mall” ticarət mərkəzinin qarşısında baş verib.
Xəbəraxını xəbər verir ki, hadisə Nəsimi rayonu, Füzuli küçəsində qeydə alınıb.
Məlumata görə, A. Reşatın həkiməqədər ölüm faktı qeydə alınıb. Onun Türkiyə vətəndaşı olduğu bildirilib.
Hadisənin səbəbləri ilə bağlı əlavə məlumat verilməyib.
