Bakıda keçiriləcək futbol qarşılaşması ilə əlaqədar bir sıra avtobus marşrutlarının hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.
Xəbəraxını xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına əsasən, oktyabrın 13-də Bakı Olimpiya Stadionunda “Sabah” və Çexiyanın “Slaviya Praqa” komandaları arasında keçiriləcək oyun səbəbindən Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Bu səbəbdən 18 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti müvəqqəti dəyişdiriləcək. Dəyişikliklər 24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli marşrutlara şamil ediləcək.
Yeni hərəkət sxeminə əsasən, Sabunçu yol qovşağı istiqamətində hərəkət edən avtobuslar Milli Həmrəylik küçəsinin kənar yolu, Ziya Bünyadov və Heydər Əliyev prospektlərindən istifadə edəcəklər. “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində isə avtobusların hərəkəti Heydər Əliyev prospekti ilə təşkil olunacaq.
Qeyd edək ki, “Sabah” klubu Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Slaviya Praqa” ilə oktyabrın 13-də saat 20:45-də Bakı Olimpiya Stadionunda qarşılaşacaq.
Sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmaları və müvəqqəti dəyişiklikləri nəzərə almaları tövsiyə olunur.
