Bakının 28 May ərazisində bu gün iğtişaş törətməyə cəhd göstərən bir qrup radikal şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Xəbəraxını xəbər verir ki, ilkin məlumata əsasən, hadisədə 200-ə yaxın şəxsin iştirak etdiyi bildirilir.
Məlumata görə, hadisə ilə əlaqədar 100-ə yaxın şəxs barəsində cinayət işi başlanılıb. Hüquq-mühafizə orqanları tərəfindən görülən tədbirlərin digər təfərrüatları barədə hələlik əlavə məlumat açıqlanmayıb.
