Bakıda 162 saylı avtobus qəzaya düşdü: Piyada vuruldu, xəsarət alanlar var

Bakıda 162 saylı avtobus qəzaya düşdü: Piyada vuruldu, xəsarət alanlar var

Bakının Sabunçu rayonunda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində piyada xəsarət alıb, avtobusda da yaralananların olduğu bildirilir.

Xəbəraxını xəbər verir ki, hadisə Ramana qəsəbəsində, 337 saylı orta məktəbin qarşısında qeydə alınıb.

Məlumata görə, 162 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq qarşıda gedən “Opel” markalı avtomobilə çırpılıb.

Zərbənin təsirindən minik avtomobili yoldan çıxaraq kənarda olan piyadanı vurub. Hadisə zamanı avtobusda da xəsarət alanların olduğu qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir