8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda keçiriləcək hərbi yürüşlər səbəbindən paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Xəbəraxını xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məhdudiyyətin tətbiq olunacağı istiqamətləri açıqlayıb.
Bildirilib ki, noyabrın 9-da saat 11:00-dan 13:00-dək hərbi qulluqçular hərbi orkestrlərin müşayiəti ilə beş marşrut üzrə yürüş edəcəklər.
Yürüş marşrutları:
I marşrut: Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – Dəniz Vağzalı.
II marşrut: Şəhidlər Xiyabanı – “Alov Qüllələri” kompleksi – Çəmbərəkənd parkı – “İçərişəhər” metrostansiyası – Qala qapısı – Azərbaycan Dövlət Kukla Teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli.
III marşrut: Q.Musabəyov parkı – Əbdürrəhim bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı.
IV marşrut: “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti.
V marşrut: Nəriman Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev Sarayı – Azərbaycan Respublikası Mərkəzi Bankı – “28 Mall” ticarət mərkəzi.
DYP sürücülərə və digər yol hərəkəti iştirakçılarına həmin saatlarda mümkün sıxlığı nəzərə almağı, səfərlərini əvvəlcədən planlaşdırmağı və alternativ yollardan istifadə etməyi tövsiyə edib.
