Azərbaycanda daha bir ürək transplantasiyası icra edildi

Azərbaycanda daha bir ürək transplantasiyası icra edildi

Bakıda ağır xəstəyə meyitdən götürülən donor ürəyi köçürülüb. Mərkəzi Klinik Xəstəxanada həyata keçirilən mürəkkəb əməliyyatdan sonra xəstənin evə buraxıldığı bildirilir.

Xəbəraxınının  Modern.az-a istinadən yaydığı məlumata görə, əməliyyata tanınmış kardioloq-cərrah, professor Kamran Musayev rəhbərlik edib.

Kamran Musayev donorun ailəsinə təşəkkür edərək onların humanist qərarının orqan çatışmazlığından əziyyət çəkən bir neçə insana yaşamaq ümidi verdiyini bildirib.

Bu məlumat donorun digər orqanlarının da ehtiyacı olan xəstələrə transplantasiya edildiyini göstərir.

Qeyd edək ki, ötən il Mərkəzi Klinik Xəstəxanada Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə ürək transplantasiyası əməliyyatı həyata keçirilmişdi.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir