Azərbaycan neftinin qiyməti 108 dolları keçib

Azərbaycan neftinin qiyməti 108 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 108 dolları ötüb.

“Azeri Light”ın qiyməti 0,87 dollar və ya 0,81 faiz artaraq 108,18 dollara yüksəlib. Türkiyənin Ceyhan limanında FOB bazasında isə Azərbaycan neftinin bir bareli 0,76 dollar və ya 0,73 faiz bahalaşaraq 104,99 dollar olub.

Hərraclarda “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 108,68 dollar təşkil edib.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar hesablanıb.

Qeyd edək ki, “Azeri Light”ın tarixi minimum qiyməti 21 aprel 2020-ci ildə 15,81 dollar, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub. Bu markalı neft AÇG yataqlar blokunda hasil edilir və müqavilədə SOCAR-ın payı 35,3 faizdir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir