Azərbaycan millisini bu gün dünya çempionatında gərgin gün gözləyir: İki oyun keçiriləcək

Azərbaycan millisini bu gün dünya çempionatında gərgin gün gözləyir: İki oyun keçiriləcək

Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında Azərbaycan millisi bu gün iki qarşılaşmada qüvvəsini sınayacaq.

Xəbəraxını xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv ilk olaraq İsrail yığması ilə qarşılaşacaq. Görüş saat 11:30-da Hövsan Yarış Kompleksinin 10A meydançasında başlayacaq.

Yığmamız günün ikinci matçında isə Haiti seçməsi ilə üz-üzə gələcək. Bu qarşılaşmanın saat 18:15-də eyni meydançada keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, AF qrupunda mübarizə aparan Azərbaycan millisi keçirdiyi üç oyundan 6 xal toplayıb. Yığmamız bu göstərici ilə Haiti komandası ilə turnir cədvəlində ikinci və üçüncü yerləri bölüşür.

FIFA U-15 dünya çempionatı oktyabrın 30-da başa çatacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir