Türkiyənin “Trabzonspor” basketbol komandasının baş məşqçisi Selçuk Ernak bir neçə il əvvəl Azərbaycandan təkliflər aldığını bildirib. Təcrübəli mütəxəssis həmin vaxt başqa klubda çalışdığı üçün bu təklifləri qəbul etmədiyini deyib.
Xəbəraxını xəbər verir ki, 56 yaşlı məşqçi bu barədə AZƏRTAC-a müsahibəsində danışıb.
Ernakın sözlərinə görə, bir neçə il əvvəl Azərbaycanın bəzi basketbol klubları onun xidmətində maraqlı olub. Lakin həmin dövrdə başqa komandada işlədiyindən təkliflərə müsbət cavab verməyib.
Qeyd edək ki, “Trabzonspor” FIBA Çempionlar Liqasında Azərbaycanın “Sabah” komandası ilə eyni qrupda mübarizə aparan rəqiblərdən biridir.
