Azərbaycanın tamblinq üzrə milli komandası Çinin Nankin şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanaraq dünya çempionu titulunu qoruyub.
Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan ibarət yığma final mərhələsində uğurlu çıxış edərək rəqiblərini qabaqlayıb.
Beləliklə, Azərbaycan millisi tamblinq üzrə dünya çempionu titulunu ardıcıl olaraq qorumaqla yanaşı, tarixində üçüncü dəfə bu uğura imza atıb.
