Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən avqust ayı ərzində ölkə üzrə 70 aptekdə yoxlama keçirilib.
AEM-dən bildirilib ki, yoxlamaların 48-i Bakı şəhərində, 22-si isə digər şəhər və rayonlarda fəaliyyət göstərən apteklərdə aparılıb.
Məlumata görə, yoxlamalardan 51-i planlı, 16-sı plandankənar, 3-ü isə yoxlamadan kənar olub.
Keçirilən yoxlamalar zamanı 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb. Aşkar edilmiş pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında inzibati protokollar tərtib edilib.
